logo

Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb-MN

09:29 10-06-2024 | icon 2016
Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb-MN

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Vurğulanıb ki, hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.