logo

Türkiyənin xarici işlər naziri bu gün Rusiyaya səfərə gedir

09:09 10-06-2024 | icon 3612
Türkiyənin xarici işlər naziri bu gün Rusiyaya səfərə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 10-da Rusiyaya səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, Türkiyənin XİN başçısı səfər çərçivəsində Moskvada təkbətək görüşlər keçirəcək.

Sonra Hakan Fidan iyunun 11-də Nijni Novqorodda keçiriləcək Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın (BRİKS) xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.