logo

Gürcüstan-Azərbaycan sərhəddində yeni gömrük-keçid məntəqəsi açılacaq

09:01 10-06-2024 | icon 1722
Gürcüstan-Azərbaycan sərhəddində yeni gömrük-keçid məntəqəsi açılacaq

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında qeyd edilib.

Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanıb.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilib.