logo

5 sərbəst güləşçimiz reytinq turnirində mübarizəyə başlayır

10:10 06-06-2024 | icon 2212
5 sərbəst güləşçimiz reytinq turnirində mübarizəyə başlayır

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

Görüşlər saat 12:30-da start götürəcək.

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.