logo

Ağcabədidə qardaş bacısını öldürüb

09:09 06-06-2024 | icon 1064
Ağcabədidə qardaş bacısını öldürüb

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı, 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.