logo

Azərbaycan atleti dünya çempionatında gümüş medal qazanıb

15:15 05-06-2024 | icon 2723
Azərbaycan atleti dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan atleti Elmir Əskərov Macarıstanın Balatonfüred şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, o, 40-44 yaş qrupundan olan idmançılar arasında yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Elmir Əskərov iki gün davam edən turnirdə 327 kilometr nəticə ilə 200 mil məsafəyə beynəlxalq normativi yerinə yetirib.