logo

Azərbaycan Avropa İttifaqı üçün etibarlı partnyordur

12:12 05-06-2024 | icon 2513
Azərbaycan Avropa İttifaqı üçün etibarlı partnyordur

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün çox etibarlı partnyordur. Təkcə qaz yox, həmçinin enerji keçidi üzrə də paralel işləyirik.

YeniAvropa xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə baş direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

“Biz Azərbaycan və Əlcəzairdən borular vasitəsilə qaz idxalını artırmışıq. Yeni qaz resursları əldə etmək üçün növbəti addımlar atmalı və daxili infrastrukturu genişləndirməliyik. Beləliklə, Rusiya qazından asılılığımızı aradan qaldırmağı hədəfləyirik. Məqsədimiz Ukraynada olan böhrana cavab reaksiyamızı göstərməkdir”, - deyə o qeyd edib.