Bakıda hazırda 1 milyonadək avtomobil var
Azərbaycanda hazırda 2 milyonadək avtomobil var. Bunların yarısı Bakı şəhərinin payına düşür.
YeniAvropa xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva Bakı Enerji Həftəsi çərçivəsində Baku Expo Mərkəzində keçirilən “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı” mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2013-2014-cü illərdə Bakıda hər 100 ailəyə 120 avtomobil düşürdü.
“Hazırda isə bu rəqəm bir qədər azalıb. Buna səbəb ölkə başçısı İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı apardığı önəmli siyasətlə bağlıdır. Xüsusilə bu il ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqədar bir sıra tədbirlər həyata keçiriləcək. COP29-la əlaqədar bu ilin sentyabrınadək Azərbaycana BYD şirkətinin istehsalı olan 160 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub. Həmçinin 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır. Bununla da dizel avtobusların tamamilə dövriyyədən çıxarılaraq elektrik avtobuslar ilə əvəzlənməsi gözlənilir. Artıq 2026-cı ildə 1100 ədəd elektrik avtobusun istismara daxil olması planlaşdırılır”, - deyə N.Gülmalıyeva əlavə edib.
Nazirlik rəsmisi deyib ki, həm dövlət, həm də özəl operatorlara məxsus 13-dən artıq depoda, eləcə də başlanğıc və son dayanacaqlarda elektrik enerji infrastrukturlarının qurulması nəzərdə tutulur.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır