logo

"EURO-2024"ün əsas favoritləri açıqlanıb

14:14 04-06-2024 | icon 2415
"EURO-2024"ün əsas favoritləri açıqlanıb

Bu il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının("EURO-2024") favoriti açıqlanıb.

YeniAvropa xəbər verir ki, “Opta” statistika agentliyi İngiltərə millisini birinci pillədə göstərib.

Britaniyalıların qızıl medal əldə etmək faizi 19,9-dur. İlk "3-lüy"ə Fransa (19,1%) və Almaniya (12,4 %) daxildir.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı 14 iyun-də başlayacaq və bir ay müddətində davam edəcək.