logo

ABŞ-da seçkilərdən asılı olmayaraq NATO Kiyevi dəstəkləyəcək

10:50 04-06-2024 | icon 3304
ABŞ-da seçkilərdən asılı olmayaraq NATO Kiyevi dəstəkləyəcək

"Noyabrda Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərindən sonra da Avropa və ABŞ-ın Ukraynaya yardımı davam etdirəcəyini düşünəm". 

YeniAvropa xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq "Sky News" telekanalına müsahibəsində söyləyib. 

“Avropalı müttəfiqlər və Birləşmiş Ştatlar ABŞ-da seçkinin nəticələrindən asılı olmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcək, çünki bu, bizim təhlükəsizlik maraqlarımıza uyğundur”, - deyə Yens Stoltenberq bildirib.

Soyuq müharibə dövrü bitdikdən sonra Qərbin hərbi sənayenin inkişafına lazımi diqqət ayrılmadığını qeyd edən Baş katib hazırda vəziyyətin tədricən dəyişdiyini vurğulayıb.

Yens Stoltenberq bir sıra ölkələr tərəfindən Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbələr endirməsi üçün Qərb silahlarından istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müsbət qiymətləndirib və bunu özünümüdafiə hüququ adlandırıb.