logo

Baş Prokurorluq gəmi təmiri zavodunda 5 əməkdaşın ölməsi faktını araşdırır

10:40 04-06-2024 | icon 1260
Baş Prokurorluq gəmi təmiri zavodunda 5 əməkdaşın ölməsi faktını araşdırır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının - Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində tapşırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.