logo

Paytaxtda “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs edilib

09:29 04-06-2024 | icon 1505
Paytaxtda “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakının Suraxanı rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, “Chevrolet” markalı, 77-AK-984 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cəbrayılov Turan İsrafil oğlu avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Cəbrayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.