İğdır-Naxçıvan qaz kəmərinin inşası yekunlaşır
Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Azərbaycanda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyinin enerji əməkdaşlığını möhkəmləndirən töhfələrindən məmnunluq ifadə edilib. Hər iki ölkə liderlərinin Azərbaycan-Türkiyə enerji əməkdaşlığına böyük önəm verdiyi qeyd olunub. Neft-qaz sahəsində birgə həyata keçirilən enerji layihələrinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolundan bəhs edilib.
Çoxşaxəli enerji tərəfdaşlığının yeni mərhələdə inkişafını təmin edən təbii qaz və yaşıl enerji sahələrindəki prioritetlər və gündəlikdə olan layihələr nəzərdən keçirilib. Bildirilib ki, İğdır-Naxçıvan qaz kəmərinin inşası tezliklə yekunlaşacaq və ilin sonunadək Naxçıvan Türkiyə üzərindən qazla təchiz olunacaq. Hazırda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq gündəliyinin olduğu, müvafiq Hökumətlərarası Sazişlə Azərbaycandan və üçüncü ölkələrdən Türkiyə və Avropaya qaz tədarükünə imkanlar yarandığı vurğulanıb.
Görüşdə həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığın, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsi üzrə Yol Xəritəsinin cari vəziyyəti nəzərdən keçirilib. Naxçıvandan keçməklə Türkiyəyə və Avropaya elektrik enerjisinin ixracı məsələləri ilə bağlı fəaliyyət göstərən İşçi qrupu tərəfindən Texniki Tapşırıq layihəsinin tezliklə yekunlaşdırılmasının, müvafiq proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.
Söhbət zamanı bu il Azərbaycan-Türkiyə IV Enerji Forumunun keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına töhfə verəcəyi bildirilib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır