logo

Avropa çempionatı:Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

12:12 03-06-2024 | icon 2534
Avropa çempionatı:Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, yığmamız İtaliya kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3.

Qeyd edək ki, komandamız iyunun 4-də Fransa ilə qarşılaşacaq.