logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

09:49 03-06-2024 | icon 882
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 80 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55,o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.