logo

Qəza "Azadlıq" prospektində sıxlığa səbəb olub

09:09 03-06-2024 | icon 952
Qəza "Azadlıq" prospektində sıxlığa səbəb olub

Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə "Azadlıq" prospektinin kəsişməsi, "Dədə Qorqud" parkı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.