logo

AFFA İntizam Komitəsi iki komandanı cərimələyib

14:14 30-05-2024 | icon 2436
AFFA İntizam Komitəsi iki komandanı cərimələyib

AFFA İntizam Komitəsi iki komandanı azarkeşlərinin davranışına görə cərimələyib.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Əvəzedicilər Liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 150 manat cərimə olunub.

II Liqada pley-off mərhələsinin “Şəfa” – “Hypers” matçında da meydan sahiblərinin fanatları eyni davranışla yadda qalıblar. İntizam Komitəsi buna görə “Şəfa”nı 150 manat cərimələyib.