logo

Ali məktəblərə qəbul planında dövlət sifarişli yerlərin sayı artıb

12:32 30-05-2024 | icon 6020
Ali məktəblərə qəbul planında dövlət sifarişli yerlərin sayı artıb

Ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, artım həm kollec, həm də ali məktəblər üzrə ümumi qəbul planını əhatə edir. 

“Yeni universitetlər açılıb, yeni ixtisaslar var. Bununla əlaqədar tam təhlillər aparıldıqdan sonra növbəti həftə ictimaiyyətə ətraflı məlumat veriləcək”,-dyə Məleykə Abbaszadə bildirib.