logo

Azərbaycan Kubokunun final matçına 4 mindən çox bilet satılıb

11:01 30-05-2024 | icon 2681
Azərbaycan Kubokunun final matçına 4 mindən çox bilet satılıb

Futbol üzrə Azərbaycan Kubokunun final oyununa satılmış biletlərin sayı açıqlanıb.

YeniAvropa Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ” və “Zirə” komandaları arasında keçiriləcək matça 4000-dən çox bilet satılıb.

Biletlərin qiyməti 5, 10, 15 və 50 manat təşkil edir. Biletləri hər gün saat 10:30-dan 18:00-a kimi görüşün oynanılacağı “Liv Bona Dea Arena”nın, eləcə də Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək olar.

Qeyd edək ki, iyunun 2-də reallaşacaq final qarşılaşması saat 20:00-da başlayacaq.