logo

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilir

09:59 30-05-2024 | icon 2254
İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilir

İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Pakistanın Xarici İşlər Nazirliyinə (XİN) gəlib və bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar tərəfindən qəbul edilib.

Danışıqlar zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək.