logo

Bu gün paytaxtın 3 rayonunda qaz olmayacaq

09:19 30-05-2024 | icon 3290
Bu gün paytaxtın 3 rayonunda qaz olmayacaq

Görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən Suraxanı, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Hövsan Bağlar yaşayış massivinin və Hövsan kəndinin, Nərimanov rayonu üzrə A.Nemətulla, F.X.Xoyski və Ə.Rəcəbli küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsinin, Almaz İldırım, Sabir, Dənizkənarı, Şimal DRES və Mayak Bağları yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.