logo

Müdafiə Nazirliyinin rəhbərliyinin Türkiyəyə işgüzar səfəri davam edir

22:22 29-05-2024 | icon 1519
Müdafiə Nazirliyinin rəhbərliyinin Türkiyəyə işgüzar səfəri davam edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Dövlət Sərhəd Xidmətinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nümayəndələr İzmir şəhərində yerləşən "Doğanbey" təlim sahəsinə gələrək Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olublar.

Qonaqlara sərgidə nümayiş etdirilən aviasiya vasitələri, pilotsuz uçuş aparatları, silah və döyüş texnikası ilə bağlı ətraflı məlumat verilib.