logo

Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji şirkətləri birgə müəssisə yaradır

21:12 29-05-2024 | icon 2289
Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji şirkətləri birgə müəssisə yaradır

Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Rumıniyanın “Transelectrica” elektrik şəbəkələr operatoru Azərbaycanın “Azərenerji” ASC, “Gürcüstan Dövlət Elektrik Şəbəkəsi” və Macarıstanın MVM şirkəti ilə mərkəzi Rumıniyada yerləşən yaşıl enerji üzrə birgə müəssisənin yaradılması barədə Anlaşma Memorandumu imzalayıb.

“Müəssisənin əsas məqsədi “Yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsidir. Bununla bağlı saziş dörd ölkənin hökuməti tərəfindən imzalanıb. “Yaşıl enerji dəhlizi” – Avropa Komissiyanın dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətinin reallaşdırdığı layihədir. Bu layihə regional enerji potensialını möhkəmləndirəcək və Avropa İttifaqının enerji keçidinin məqsədlərinə uyğun olaraq rəqabətqabiliyyətli qiymətlərlə bərpaolunan mənbələrdən elektrik enerjini təmin edəcək”, - deyə “Transelectrica”nın məlumatında deyilir.

Layihənin məqsədi Avropa və Qafqaz regionlarında “təmiz enerji” istehsalının və mübadiləsinin qiymətləndirilməsi, bu cür mübadiləni asanlaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasıdır.