logo

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin intensivliyinin artırılacaq

20:36 29-05-2024 | icon 1491
Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin intensivliyinin artırılacaq

“EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.