logo

Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

16:46 29-05-2024 | icon 1435
Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

Mayın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.