logo

Küləkli hava şəraiti gün ərzində davam edəcək

12:32 27-05-2024 | icon 1736
Küləkli hava şəraiti gün ərzində davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən elan etdiyi kimi, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakı və Abşeron yarımadası üçün orta riskli “sarı” xəbərdarlığı verilib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 metr/saniyəyə çatıb. Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.