logo

Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb

11:22 27-05-2024 | icon 3675
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb

Karyerasında 4-cü dəfə dünya çempionu olan paraatlet Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib. Bildirilib ki, Lamiyə buna Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında imza atıb.

Belə ki, xanım atletimiz mundialda həm 100, həm də 400 metr məsafəyə qaçışda qızıl medallara sahib olub.

Qeyd edək ki, 22 yaşlı çempion həmçinin bu göstərici ilə müstəqillik illərində Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar arasında Rafael Ağayevdən (karate üzrə 5 qat dünya çempionu) sonra üç dəfədən çox dünya çempionu olan növbəti idmançıdır.