logo

Cüdoçularımız Avropa Kubokunda 5 medal qazanıblar

09:49 27-05-2024 | icon 3045
Cüdoçularımız Avropa Kubokunda 5 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilmiş Avropa Kubokunda 5 medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, bunlardan 3-ü gümüş, 2-si bürünc mükafatdır.

Milli komanda medal əyarına görə ümumi hesabda 6-cı, oğlanlar arasında 4-cü yeri, qızlar arasında isə 7-ci yeri tutub.