Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 60 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 111,o cümlədən borclu şəxs qismində axtarılan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin gün narkotiklərlə əlaqədar 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.