logo

"Atalanta" UEFA Avropa Liqasının qalibi olub

08:49 23-05-2024 | icon 4914
"Atalanta" UEFA Avropa Liqasının qalibi olub

UEFA Avropa Liqasının 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.

YeniAvropa xəbər verir ki,  İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən finalda İtaliyanın "Atalanta" və Almaniyanın "Bayer" komandaları üz-üzə gəlib.

Görüş "Atalanta"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 12-ci, 26 və 75-ci dəqiqələrdə Ademola Lukman vurub.

Görüşü Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edib.