logo

Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib

20:20 22-05-2024 | icon 1372
Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Tacikistan prezidenti Emoməli Rəhmon mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir ki, prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.