logo

Paytaxtda 5 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

19:49 22-05-2024 | icon 2317
Paytaxtda 5 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

“8 Noyabr” prospektində aparılan təmir işləri ilə əlaqədar 23 may saat 8:00-dan 29 may saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AYNA-dan YeniAvropa-ya bildirilib ki, təmir işləri müddətində bir neçə marşrut avtobusu aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:

- 21 və 175 nömrəli avtobuslar “Dəniz Kənarı” küçə,

- 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri,

- 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri.