logo

Tacikistan prezidenti Azərbaycana dövlət səfərinə gəlib

19:20 22-05-2024 | icon 2744
Tacikistan prezidenti Azərbaycana dövlət səfərinə gəlib

Mayın 22-də Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.