logo

“Şamaxı” Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

18:19 22-05-2024 | icon 2681
“Şamaxı” Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

Futbol üzrə I Liqada 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.

YeniAvropa xəbər verir ki, son turda lider “Şamaxı” doğma meydanda “Araz Saatlı”nı qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran bölgə təmsilçisi aşağı dəstənin çempionu olub və Premyer Liqaya vəsiqə qazanıb.

Səfərdə “Mingəçevir”lə 2:2 hesablı heç-heçə edən “Qaradağ Lökbatan” isə mövsümü 54 xalla ikinci pillədə tamamlayıb.

Qeyd edək ki, “Şamaxı” ötən mövsümün sonunda I Liqaya düşmüşdü. Ramiz Məmmədovun başçılıq etdiyi komanda 1 illik fasilədən sonra elitaya qayıdıb.