logo

Bu il Antalyanı 20 milyondan artıq turist ziyarət edəcək

15:15 22-05-2024 | icon 4487
Bu il Antalyanı 20 milyondan artıq turist ziyarət edəcək

Türkiyənin cənub əyaləti olan Antalyada turist axını 2024-cü ilin yekunlarına görə 20 milyon nəfər həddini aşa bilər.

YeniAvropa xəbər verir ki,  əyalətin valisi Hulusi Şahin bu fikirləri Türkiyənin Aralıq dənizi regionunun Otelçilər Assosiasiyasının təşkil etdiyi tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət turizm sahəsində fəaliyyətin planlaşdırılması və koordinasiyasına əlindən gələn köməyi göstərməyə hazırdır. “Turist axınının yeni rekord göstəriciləri – bunlar əldə olunan nailiyyətlərdir”, - deyə əyalət valisi vurğulayıb.

O, hökumətin cari il üçün hədəflərini xatırladaraq bildirib ki, 2024-cü ildə Türkiyədə turizmdən gələn gəlirlərin 60 milyard dollar həddinə çatdırılması planlaşdırılır, yaxın illər üçün isə bu hədd 80 milyard dollar müəyyən edilib.

Hulusi Şahin qeyd edib ki, hazırda turizm sahəsində bütün fəaliyyət bəyan olunan hədəflərə müvafiq aparılır.

Qeyd etmək yerinə düşər ki, ötən ilin yekunlarına görə, Türkiyənin turizm paytaxtında 16 milyondan çox yerli və əcnəbi vətəndaş dincəlib.