logo

Şəmkir sakini güllələnib

14:34 22-05-2024 | icon 1183
Şəmkir sakini güllələnib

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Ağlalavaşlı kəndində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Araşdırma aparılır.