logo

Xəzər dənizinə 50 min nərə balığı buraxılıb

13:53 22-05-2024 | icon 2520
Xəzər dənizinə 50 min nərə balığı buraxılıb

“LU-MUN Holdinq”in törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC Neftçala rayonunda yerləşən Kür-Təcrübi Nərə Balıqartırma Zavodunda 22 May - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirib.

YeniAvropa xəbər verir ki, tədbir çərçivəsində Xəzər dənizinə 50 min nərə balığı buraxılıb.

Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin, eləcə də balıqçılıq müəssisələrini təmsil edən ekspertlərin və yüksək vəzifəli şəxslərin iştirak etdikləri tədbirdə bu cür korporativ ekoloji məsuliyyət proqramlarının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, iqlim dəyişmələri ilə mübarizə üzrə qlobal öhdəliklərə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ölkəmizin ətraf mühitin mühafizəsinə sadiqliyini bir daha göstərir.

“LU-MUN Holdinq”in İdarə heyətinin sədri Rüfət Tabasaranski və “Azerbaijan Fish Farm” şirkətinin baş direktoru Məmməd Nəzərəliyev çıxışlarında əsas diqqəti qarşıdan gələn COP29 konfransına və ekoloji problemlərin həlli məsələsinin prioritetliyinə yönəldiblər. Diqqətə çatdırılıb ki, Xəzər dənizinə 50 min nərə balığının buraxılması şirkətin endemik balıq növlərinin biomüxtəlifliyinin qorunmasına mühüm töhfəsidi