logo

Əmək pensiyaları ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb

10:30 22-05-2024 | icon 756
Əmək pensiyaları ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilir.

YeniAvropa xəbər verir ki, iclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunur.

Birinci oxunuşda təqdim olunan qanun layihəsi qulluq stajına görə əmək pensiyalarına əlavələrin hesablanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini özündə ehtiva edir.