logo

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək

09:49 22-05-2024 | icon 700
Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək

Mayın 22-də Azərbaycanın baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.