logo

Paytaxtda narkokuryer 7 kq marixuana ilə saxlanılıb

19:20 21-05-2024 | icon 728
Paytaxtda narkokuryer 7 kq marixuana ilə saxlanılıb

Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi və 8-ci polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb və ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.

O, şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitəni ünvanına çatdırandan sonra fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.