Ceyhun Bayramov Əli Bağeri Kani ilə telefonla danışıb
Mayın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildiriblər ki, nazir Ceyhun Bayramov dəhşətli helikopter qəzası nəticəsində İran İslam Respublikasının prezidentinin, xarici işlər nazirinin və digər rəsmilərin həlak olmasına görə dərindən kədərləndiyini qeyd edib, mərhumların ailələrinə, dost və qardaş İran xalqına başsağlığı diləklərini çatdırıb.
Nazir mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə səmimi və peşəkar təmaslar qurulduğunu, keçirilən görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına və fikir ayrılıqları olan məsələlərin həllinə kömək etdiyini vurğulayıb.
Telefon danışığı zamanı, iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və İran prezidentləri arasında baş tutmuş görüş zamanı əldə edilmiş razılıqların icrasının hər iki ölkənin əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini bildiriblər.
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı məktubu göndərməsinin və başsağlığı üçün İranın Azərbaycandakı səfirliyinə gəlməsinin, həmçinin xarici işlər naziri və digər rəsmi şəxslər tərəfindən başsağlığı məktublarının göndərilməsinin yüksək hörmət əlaməti olduğunu bildirib və buna görə minnətdarlığını çatdırıb.
Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır