logo

Tərtərdə mina partlaması: Heyvan otaran kənd sakini ölüb

16:13 21-05-2024 | icon 819
Tərtərdə mina partlaması: Heyvan otaran kənd sakini ölüb

Mayın 21-də Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Qeyd olunub ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, - deyə məlumatda qeyd olunur.