“Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti “Bakcell”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib.
“Təhsildə innovasiya və süni intellektin rolu” adlı paneldə “Bakcell”in baş icraçı direktoru Klaus Müller, MTK-nın baş icraçı direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
“Bu gün burada Azərbaycanın savadlı gəncləri ilə bir araya gəlməkdən çox zövq aldım. İnnovasiyaları təmsil edən bir şirkət kimi texnologiyaya maraq göstərən, gələcək yönümlü şagirdləri görmək bizi sevindirir. Bizim gənclərlə bir çox ortaq cəhətimiz var: bunlardan ən önəmlisi isə innovasiyaya sadiqliyimizdir”, - deyə Klaus Müller bildirib.
“Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə yanaşı, onların digər sahələrdə də istedadlarının aşkar edilməsi üçün çalışırıq. İnnovasiya yönümlü şagirdlərimizin ən son texnoloji yenilikləri “Bakcell” kimi şirkətdən əldə edə bilmələri bizim üçün böyük uğurdur. Bugünkü maraqlı panel müzakirəsinə görə məktəbimiz adından “Bakcell” rəhbərliyinə təşəkkürümüzü bildirirəm”, - deyə Aygün Mikayılova bildirib.
Şagirdlərlə görüşdə “Bakcell”in süni intellekt dəstəkli humanoid robotu “Ardi” də iştirak edib. Sual-cavab sessiyası ilə davam edən panel müzakirəsində şagirdlər “Bakcell”in rəhbər heyəti və “Ardi”yə öz suallarını yönləndirərək, yeni texnologiyaların, süni intellektin təhsilə tətbiqini müzakirə ediblər.
Sonda şirkətin rəhbər heyəti məktəbin STEAM laboratoriyasına baş çəkib. Şagirdlərin qabaqcıl texnologiyalardan istifadə edərək hazırladıqları layihələri və laboratoriyanın dövrün tələblərinə uyğun təmin olunması “Bakcell” rəhbərliyinin diqqətini çəkib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır