logo

Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti uzadılıb

12:52 21-05-2024 | icon 735
Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti uzadılıb

Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-dək uzadılıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı alimin  qardaşı Qalib Toğrul soaial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, həbs qətimkan tədbiri olmadığı üçün istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər.

Qeyd edək ki, məhkəmə ötən ay Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Qubad İbadoğlunun barəsində ötən ilin iyulun 24-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.