logo

BMT baş katibi Azərbaycan-Ermənistan normallaşma prosesini yaxından izləyir

11:33 21-05-2024 | icon 686
BMT baş katibi Azərbaycan-Ermənistan normallaşma prosesini yaxından izləyir

“BMT-nin Baş katibi Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir”.

YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. 

Qeyd edilib ki, baş katib Antonio Quterreş aprelin 19-da sərhədlərin delimitasiyasına dair əldə olunmuş razılaşmanı alqışlayıb.

“O, tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşmasına nail olmaq üçün geridə qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb. Hazırda Azərbaycanın və Ermənistanın sülh sazişi üzərində işləməyə davam etməsi ümidvericidir. Biz ümid edirik ki, xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilmiş görüşü yerdə qalan məsələlərin həllinə yönəlmiş konstruktiv təmaslarla davam edəcək”, - deyə BMT mətbuat xidmətinin cavabında qeyd olunub.