logo

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

10:55 21-05-2024 | icon 1687
Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Qubada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiya və sənaye naziri Ləziz Kudratovun iştirakı ilə II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir.

YeniAvropa xəbər verir ki, biznes forumda hər iki ölkənin iş adamları, biznes strukturlarının təmsilçiləri və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.

Forumun əsas məqsədi ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrini genişləndirmək, iş adamlarının əməkdaşlığı üçün münbit şərait yaratmaqdan ibarətdir. Forumda kənd təsərrüfatı, sənaye, nəqliyyat, emal sahələrində fəaliyyət göstərən iş adamları və şirkət rəhbərləri iştirak edirlər.