logo

Daha bir cüdoçusumuz dünya çempionatında mübarizəyə başlayır

10:30 21-05-2024 | icon 784
Daha bir cüdoçusumuz dünya çempionatında mübarizəyə başlayır

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha bir idmançısı mübarizəyə başlayacaq.

YeniAvropa xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev ilk gürüşündə italiyalı Antonio Espositonu sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) dünya çempionatının qalibi olub. Martın 23-dək davam edəcək yarışda Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.