logo

Daha bir para-atletimiz dünya çempionu olub

10:10 21-05-2024 | icon 861
Daha bir para-atletimiz dünya çempionu olub

Azərbaycan para-atleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, T13 kateqoriyasında yarışan idmançı uzunluğa tullanma üzrə yarışda 7,18 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, O. Aslanovun ilk dünya çempionluğudur.

Xatırladaq ki, bu, Azərbaycan para-atletlərinin hazırkı dünya çempionatında 3-cü qızıl mükafatıdır. Daha əvvəl Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda, Səid Nəcəfzadə uzunluğa tullanmada eyni uğuru təkrarlayıblar.