30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb
1990-cı illərin ortasından bəri Xəzər dənizinin səviyyəsi iki metrdən çox aşağı düşüb.
YeniAvropa Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbərinin müavini Vasili Sokolov məlumat verib. O qeyd edib ki, bu müddət ərzində dəniz demək olar 2,4 metr dayazlaşıb. Eyni zamanda, sahil xətti və su bioloji resursları çox böyük xarici təsirlərlə üzləşməyə davam edir. Nəticədə bəzi növlərin populyasiyaları yox ola bilər.
“Rusiya yaxın gələcəkdə Volqanın axınının tənzimlənməsi məsələsini həll etməzsə, həm Xəzər suitilərinin sayı ilə, həm də daha kütləvi və heç də az əhəmiyyətli olmayan kilkə kimi növlərlə bağlı problemlərlə üzləşə bilərik”, - deyə Vasili Sokolov vurğulayıb.
Xəzər dənizi beş ölkənin - Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan sahillərini əhatə edən ən böyük su obyektidir. Bu gün o, mütəmadi olaraq çirklənmə və iqlim dəyişikliklərindən əziyyət çəkir. Buna görə də dəniz heyvanları həlak olur, bir çoxu yox olma təhlükə altındadır.
Xəzər suitləri də risk zonasındadır. Mütəxəssislər onların tamamilə yox olacağını proqnozlaşdırırlar. Belə ki, 1990-cı ildən 2012-ci ilə qədər populyasiyanın sayı 1,2 milyondan 274 minə qədər azalıb. Xəzərin sahillərində vaxtaşırı heyvanların kütləvi ölümü qeydə alınır. Rusiyanın Təbiət Nazirliyi Xəzər suitilərinin statusunun sayı azalmaqda olandan nəsli kəsilməkdə olana dəyişdirilməsini təklif edir.
Qeyd edək ki, bu payızda Maxaçkalada Xəzər suitilərinə həsr olunmuş konfrans keçiriləcək. Tədbir beş Xəzəryanı ölkələrin nümayəndələrini bir araya gətirəcək.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır