logo

BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib

21:41 20-05-2024 | icon 4711
BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib

BMT-nin baş katibi Antonio Quterreş İran prezidenti İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.

YeniAvropa xəbər verir ki, bu barədə BMT sözçüsü açıqlamasında bildirib. 

O, qeyd edib ki, baş katibin İran prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanın və digərlərinin helikopter qəzasında həlak olmasından kədərləndiyi bildirilib: “Baş katib mərhumların ailələrinə, İran İslam Respublikası hökumətinə və xalqına səmimi başsağlığı diləyir”.